Tayvanın şimal-şərq sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Tayvanın Seysmoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri İlan şəhərindən 24,6 km uzaqlıqda, ocağı isə 66,7 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Sinbey, Taybey, Tayçjuy, Tauyan və bir sıra digər şəhərlərdə hiss edilib.