Serbiyanın şərqindəki Pirot şəhəri yaxınlığında miqrantları daşıyan avtobus aşıb.

Unikal.org xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, daha 20 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəsarət alanların əksəriyyəti azyaşlılardır. Qəza faktı ilə bağlı cinayət işi başlanıb. Pirot polisi avtobus sürücüsünü həbs edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, miqrantları daşıyan avtobusun sürücüsü sürət həddini pozaraq, işıq dirəyinə çırpılıb. Toqquşma nəticəsində avtomobil aşıb.