Tiflisdə parlament binasının önündə “Sirtçxvilia” (“Xəcalət”) hərəkatı etiraz aksiyası keçirib.

Unikal.org xəbər verir ki, aksiyada ənənəvi olaraq Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi və növbədənkənar parlament seçkilərinin təyin edilməsi tələb edilib.

Aksiyaya müxtəlif partiya təmsilçiləri, aktyorlar, müğənnilər qatılıb.