Bakıda Azərbaycan və Qətər yığmaları arasında keçirilən yoldaşlıq matçında insident baş verib.
Unikal.org xəbər verir ki, əvvəlcə görüşün 85-ci dəqiqəsində Anton Krivotsyukla qonaqların hücumçusu Almez Əli arasında gərginlik yaranıb. Daha sonra Araz Abdullayev və Bualem Xuxi onlara müdaxilə ediblər.
Nəticədə 4 futbolçunun hər biri sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və hesab 2:2-dir.