Gürcüstanınn həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Tiflis şəhər məhkəməsində sabah keçiriləcək məhkəmə prosesində iştirak etmək istəyir və bunun üçün bütün prosessual əsaslar mövcuddur.
Unikal.org xəbər verir ki, bu sözləri Saakaşvilinin vəkili Beka Basiliya deyib.
Vəkilinin sözlərinə görə, məhkəmədən bununla bağlı məhkuma sorğu göndərilib.
O bildirib ki, məhkəmə saat 11:00-da baş tutacaq.
Qeyd edək ki, eks-prezident M.Saakaşvili dövlət büdcəsinin mənimsənilməsində ittiham edilir.