Bolqarıstanda keçirilən prezident və növbədənkənar parlament seçkilərində qadın seçici seçki komissiyasını çətin vəziyyətdə qoyub.
Unikal.org xəbər verir ki, o, səsverməni təsdiq edən seçki bülletenini yeyib.
74 yaşlı seçici komissiya üzvlərinə səsvermə zamanı səhv etdiyini bildirib və onun üçün təkrar səsvermə imkanının yaradılmasını xahiş edib. Rədd cavabı alan xanım bülleteni təhvil verməkdən imtina edərək onu yeyib.
Qeyd edək ki, ölkə qanunvericiliyində belə hallarda hansı tədbirlərin görülməsi nəzərə alınmayıb.