İranın cənubunda baş verən ardıcıl zəlzələlər nəticəsində yaralananlarına sayı 99 nəfərə çatıb.

Unikal.org “Tasnim”ə istinadən xəbər verir ki, bunu Hörmüzqan əyaləti Tibb Universitetinin nümayəndəsi Fatimə Nuruzian bildirib. 

Onun sözlərinə görə, xəsarət alanlardan 88 nəfərinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

08:34

İranın cənubundakı Hörmüzqan əyalətində baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.

Unikal.org “Jamaran” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bildirib.  

“Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb”, - o deyib.

Onun sözlərinə görə, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər həlak olub.

Məlumata görə, 6,3 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ olub.