Rusiyanın Çelyabinsk vilayətində 2 azyaşlının faciəli ölümü qeydə alınıb.
Unikal.org xəbər verir ki, səkkiz yaşlı uşaqlar Breda kəndi yaxınlığında buz bağlamış Sıntansı çayı üzərində sürüşmək məqsədilə valideyn nəzarətindən yayınıblar.
Uşaqların ikisi də anidən buz qatının qırılması səbəbindən çaya düşərək boğulub ölüblər.
Meyitlərdə zorakılıq əlamətləri aşkar edilməyib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.