Nigeriyanın şimal-şərqində terror təşkilatı "ISWAP"a qarşı keçirilən əməliyyatda 38 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.
Unikal.org xəbər verir ki, Borno əyalətinin Askira bölgəsində 4 əsgər "ISWAP" tərəfindən öldürüldükdən sonra təşkilata qarşı əməliyyat keçirilib.
Əməliyyatda təşkilatın lideri də daxil olmaqla 38 terrorçu zərərsizləşdirilib, təşkilatın düşərgəsi bombalanıb.
Son illərdə təşkil edilən əməliyyatlara baxmayaraq, təşkilatlar Afrikanın ən çox əhalisi olan ölkəsi Nigeriyada hələ də ciddi təhlükəsizlik problemi yaradır.