Ermənistanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 378 yeni yoluxma faktı qeydə alınıb.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19-a yoluxanların ümumi sayı 329 341 nəfərə yüksəlib. Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 39 nəfər ölüb. Bununla da ölənlərin sayı 7055-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1379 nəfərdir. Aktiv xəstələrin sayı 25 185 nəfər təşkil edir.