Hindistan Rusiyadan aldığı "S-400" zenit-raket sistemlərinin ilk alayını Pakistanla sərhəddə yerləşdirmək niyyətindədir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan sözügedən sistemin bir hissəsini ölkənin Pakistanla qərb sərhədləri yaxınlığında yerləşdirəcək və burada həm Pakistan, həm də Çindən gələn təhdidləri dəf edə biləcək.
Qeyd edək ki, Hindistan Rusiyadan "S-400" almaq niyyətini 2015-ci ildə bəyan edib. "Triumf" zenit-raket komplekslərinin 5 alayının Hindistana tədarük edilməsi ilə bağlı müqavilə 2018-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı imzalanıb.
Hindistan Çin və Türkiyədən sonra Rusiyadan bu kompleksləri alan üçüncü xarici alıcı olub.