Polşa Belarusla sərhədə beton divar çəkəcək.
Unikal.org xəbər verir ki, Polşanın daxili işlər və administrasiya nazirinin müavini Maçey Vonsik bildirib ki, divarın tikintisi 2022-ci ilin birinci yarısında başa çatacaq.
Məlumata görə, hazırda Polşa iki ölkə sərhədinə 4 min sərhədçi, 2 min polis əməkdaşı və ordunun 15 min əsgərini yerləşdirib.
Qeyd edək ki, İraqdan təyyarə ilə Belarusa gətirilən qaçqınlar Polşaya keçməyə cəhd göstərirlər.