Daxili İşlər Nazirliyi (DİN) Sabirabad Rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımın döyülməsinə münasibət bildirib.
DİN-in Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Unikal.org-a bildirib ki, həkimin döyülməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə müraciət daxil olub.
“Hazırda Sabirabad Rayon Polis Şöbəsinin təhqiqat şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəsticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - o vurğulayıb.
***
12:59
Bakıda hamilə qadın ölüb.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.
Ona orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.
Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.
Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.