Rusiyada son sutkada koronavirusa təsdiq olunmuş yoluxma sayı daha 38 420 nəfər artaraq, 9 109 094 nəfərə yüksəlib.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir  ki,  ölkədə gün ərzində COVID-19-a yoluxmuş 1 211 nəfər ölüb, bununla da Rusiyada bu səbəbdən ölənlərin ümumi sayı 256 597 nəfərə çatıb.

Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 27 972 nəfər sağalıb və bu baxımdan ümumi say 7 812 557 nəfərə çatıb.