Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan ölkəyə keyfiyyətsiz silah tədarükündə ittiham olunur.
Unikal.org xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
"Əldə etdiyimiz məlumata görə, ötən şənbə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana qarşı keçmiş müdafiə naziri David Tonoyanın saxlandığı - “aşağı keyfiyyətli raket” işi üzrə ittiham irəli sürülüb, lakin hələ onun barəsində heç bir qabaqlayıcı tədbir seçilməyib”, – qəzet yazır.
Qeyd edək ki, Tonoyan sentyabrın 30-da istifadəyə yararsız silahların alınması cinayəti üzrə həbs edilib. İstintaq Tonoyanı və "silah baronu" David Qalstyanı 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.