"Atamla Nikol Paşinyanın indiyə kimi heç bir görüşü baş tutmayıb".
Unikal.org xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon " Facebook" hesabında yazıb. O, atasının Paşinyanla görüşmə xəbərlərini təkzib edib.
“Son vaxtlar yalan xəbərlər yayılır ki, sanki atamla Nikol görüşüb. Demək lazımdır ki, belə bir görüş olmayıb. Atamın onunla nə müharibədən əvvəl nə də müharibədən sonra heç vaxt görüşü mövcud olmayıb".
Gülayə Mecid