Heydər Əliyev prospekti-Bilgəh avtomobil yolunda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, sıxlığa səbəb yolun Qala döngəsi adlanan hissəsində baş verən zəncirvari yol nəqliyyat hadisəsidir.