Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və türkiyəli həmkarı Sedat Önal Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Rusiya-Türkiyə əməkdaşlığının geniş spektrini müzakirə ediblər.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Nazir müavinləri yaxın gələcəkdə Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) mexanizminin işə salınmasının aktuallığını bir daha vurğulayıblar.
Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli sazişlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini təsdiqləyiblər.
Müzakirə edilən mövzular arasında Əfqanıstanda, MDB məkanında və Ukraynadakı vəziyyət olub.