ABŞ-ın eks-prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bennon həbs olunub.
Unikal.org xəbər verir ki, o, Konqress komissiyasına ifadə verməkdən imtina etdiyi üçün qanunverici orqana hörmətsizlikdə ittiham edilib.
Kapitoliyə hücum işini araşdıran Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən həbs olunan keçmiş müşavirin məhkəmə qarşısına çıxarılacağı bildirilib.
Qeyd edək ki, Bennon Trampa arxayın olaraq, istintaqla əməkdaşlıq etməkdən boyun qaçırıb.