Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) noyabrın 17-19-da Tacikistanda təlim keçirəcək.
Unikal.org xəbər verir ki, Tacikistanın Fəxrabad poliqonunda xüsusi təyinatlı qüvvələrinin iştirakı baş tutacaq təlim “Kobalt-2021” adı altında baş tutacaq. Təlimdə Rusiya hərbi kontingentini Mərkəzi Hərbi Dairənin xüsusi təyinatlı dəstəsinin və 201-ci hərbi bazanın kəşfiyyat batalyonunun hərbçiləri təmsil edir.
Rusiya tərəfdən təlimə ümumilikdə 60-a yaxın hərbçi və on hərbi texnika, o cümlədən 201-ci hərbi bazanın iki Mi-8MTV5-1 helikopteri cəlb olunacaq.
Təlimin məqsədi kollektiv təhlükəsizlik regionlarında birg əməliyyat-döyüş tədbirlərinin hazırlanması və keçirilməsinin səmərəliliyini artırmaqdır. Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın öz sərhədlərindən kənarda yerləşən ən böyük hərbi obyektidir (Mərkəzi Hərbi Dairənin bir hissəsidir - Red). İki şəhərdə - Düşənbə və Boxtarda yerləşir.