Kanadada ötən sutka ərzində koronavirusa 1 457 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 750 082 nəfərə çatıb.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 29 349 nəfəri vəfat edib.

Bildirilir ki, ən çox yoluxma halı ölkənin əhali sayına görə ən böyük hesab edilən Ontario əyalətində qeydə alınıb - 607 725.