Avropa İttifaqı (Aİ) daha 4 ölkənin koronavirusa qarşı vaksin sertifikatını tanıyıb.
Unikal.org xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
Məlumata əsasən, Gürcüstan, Moldova, Serbiya və Yeni Zelandiyada verilən vaksin sertifikatları Aİ-də tanınacaq: "Bu dörd ölkə Aİ sisteminə qoşulacaq və onların COVID-19 vaksin sertifikatları Aİ dövlətlərində vətəndaşlara verilən rəqəmsal sertifikatlarla eyni şərtlərlə qəbul ediləcək".
Beləliklə, Aİ-nin eletron sisteminə qoşulan ölkə və ərazilərin sayı 49-a çatlb.