"Paşinyanın keçmiş müavini Suren Papikyanın Ermənistanın müdafiə naziri postuna təyinatı müvəqqəti xarakter daşıyır".
Unikal.org xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb. Nəşrin məlumatına görə, Paşinyan Papikyanı Müdafiə Nazirliyinin daxilində baş verən hadisələri daha tez öyrənmək məqsədi ilə göndərib.
“Nəticədə nazirliyin sarsıdılması prosesi başlayacaq və həmin proses nəticəsində hətta Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generallar da daxil olmaqla, yüksək rütbəli şəxslər işdən çıxarılacaq”, - deyə qəzet yazıb.
Gülayə Mecid