"Nikol Paşinyan hakimiyyətinin üçüncü ilində 4-cü dəfə müdafiə nazirini dəyişib. David Tonoyan, Vaqraşak Arutyunyan, Arşak Karapetyan və Suren Papikyan. Əvvəlkilərdən fərqli olaraq, yeni təyin olunmuş xalis inqilabçı Suren Papikyan ordu generalı deyil, hərbi tərcümeyi-halı yoxdur, amma xidmət etdiyi müddətdə "qəhrəmanlıq" göstərib - rəisini bıçaqlayıb və 2006-cı ildə həbs cəzasına məhkum edilib, 1 il həbsdə yatdıqdan sonra amnistiyaya düşüb".
Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
"Bazar günü Zəngəzur və Mehri rayonlarının kəsişməsində erməni mövqelərinin itirilməsi barədə xəbərdarlıq edilib. Məlumatlara görə, Azərbaycan tərəfi irəliləyiş əldə edərək əraziyə ağır texnika gətirib və nəhayət, əsgərlərimizi erməni mövqelərindən geri çəkiblər. Məlumatın yayılmasından bir neçə saat sonra Müdafiə Nazirliyi texnikanın Ermənistan ərazisinə daxil olmasını təkzib edən açıqlama versə də, insident faktı təkzib edilməyib. Daha sonra Azərbaycan mətbuatında yayılan videolarda onların əsgərlərimizi mövqelərindən necə çıxardığı məlum olub", - deyə nəşr yazıb.
Onlar bildirib ki, Karapetyan Azərbaycan tərəfinə müqavimət göstərdiyi üçün istefaya göndərilib:
"Karapetyanın istefasına səbəb kimi düşmənə cavab zərbələri endirmək cəhdləri göstərilir. N.Paşinyan özü Təhlükəsizlik Şurasının iclasında elə qeyri-müəyyən mətn səsləndirdi ki, ictimaiyyətdə Karapetyanın sərhədi qorumadığı üçün işdən çıxarıldığı fikri yaranır.
Paşinyana yaxın mənbələr bildiriblər ki, Arşak Karapetyan uzun müddətdir Baş nazirin hədəfində olub, çünki o, Rusiyanın göstərişi ilə birbaşa rusiyalı həmkarı ilə işləyirdi. Noyabrın 6-da onun Ermənistan Respublikasının heç bir yüksək rütbəli hərbi-siyasi rəsmisinin 10 ay ərzində səfər etmədiyi "Artsaxa" səfər etməsi təsadüfi deyil.
Yanvarın əvvəlində xarici işlər naziri Ara Ayvazyanın səfərinin ardınca Bakıdan sərt reaksiya gəldi. Bu dəfə də Karapetyanın səfərindən sonra bildirildi ki, Paşinyan Karapetyanın özbaşına fəallığından dəhşətli dərəcədə qıcıqlanıb".
Nəşr "Paşinyana torpaqları təhfil verəcək nazir lazımdır", - deyə əlavə edib:
"Mən səhər cənab Karapetyanı dəvət etdim və ona müdafiə naziri kimi fəaliyyətinə görə təşəkkür etdim. Dedim ki, görülən işləri yüksək qiymətləndirirəm, lakin hazırda vəziyyət məni qərara almağa vadar etdi ki, müdafiə naziri dəyişməlidir".
Ağarza Elçinoğlu