Ermənistan parlamenti Azərbaycanda həbsdə olan terrorçuların və 2020-ci il müharibəsində itkin düşmüş şəxslərin məsələsini müzakirə etmək üçün qapalı iclas keçirəcək.

Unikal.org xəbər verir ki, iclasın çağırılması ilə bağlı təklifi deputatların ümumi sayının ən azı 1/5-i imzalayıb. Belə ki deputatların əksəriyyəti iclasın çağırılmasının lehinə səs veriblər. İki müxalifət fraksiya - "Hayastan" və "Pativ Unem", partiya üzvlərinin əksəriyyəti noyabrın 15-də ölkə sərhədlərindəki vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırmaqdan imtina edilməsinə etiraz olaraq bugünkü iclası boykot ediblər. 

Sessiyanın gündəliyinə 2022-ci il hökumət büdcəsi də daxildir.

Ağarza Elçinoğlu