ABŞ-ın Miçiqan ştatında təyyarə qəzası qeydə alınıb.
Unikal.org xəbər verir ki, 61 yaşlı pilot Kennet Daniel Yottun idarə etdiyi təyyarə Melrouz qəsəbəsində meşəlik əraziyə çırpılıb. Hadisə nəticəsində pilot və 21 yaşlı sərnişin Korbin Dennis Kennedi həyatlarını itiriblər.
Əraziyə xilasedici qüvvəlr və polis cəlb olunub. Qəzanın baş vermə səbəbi araşdırılır.