Sovet İttifaqının ilk prezidenti Mixail Qorbaçov dünya siyasətini demilitarizasiya etməyə çağırıb.
Unikal.org xəbər verir ki, o, nüvə silahlarının sülh və təhlükəsizliyin təminatçısı olduğuna dair bütün fərziyyələri mif kimi qiymətləndirib.
Qorbaçov bugünə qədər hərbi aspektlə məhdudlaşan təhlükəsizlik anlayışına əsaslı şəkildə yenidən baxmağı təklif edib. O bildirib ki, hökumətlər "silahlanma yarışı ocağına, ilk növbədə, nüvə silahı yarışına böyük miqdarda pul atmağa" davam edərsə, insanlara daha yaxşı təhlükəsizlik vermək üçün bütün səyləri məhv olacaq:
"Sülhü xilas edən nüvə silahı demək, təhlükəli dünyada təhlükəli mifin təkrarlanmasına bərabərdir".
Ağarza Elçinoğlu