Bakıda peşə liseyində ölüm hadisəsi baş verib.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, Binəqədi rayonunda yerləşən 9 nömrəli Bakı Peşə Liseyinin qazanxanasında liseyin mühafizəçisi, Bakı şəhər sakini, 55 yaşlı Rövşən Hacıyev dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.