ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının sədri Si Cinpinlə virtual görüşündə rəsmi Pekinin Tibet Muxtar Rayonu, Sintezyan-Uyğur Muxtar Rayonu və Honkonq xüsusi administrativ rayonundaki fəaliyyətindən narahatlığını bildirib.
Unikal.org xəbər verir ki, bu barədə Cozef Baydenlə Si Cinpinin görüşünün yekununa dair Ağ Evin yaydığı açıqlamada vurğulanıb.
"Prezident Bayden Çin Xalq Respublikasının Sintezyan-Uyğur, Tibet və Honkonqdakı fəaliyyətindən, eləcə də bütövlükdə insan hüquqları ilə bağlı vəziyyətdən narahatlığını bildirib", - deyə açıqlamada qeyd olunub.