Liviyada qiyamçı marşal Xəlifə Haftar dekabrın 24-nə təyin edilmiş prezident seçkilərdə iştirak etmək niyyətindədir.

Unikal.org xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Haftar qeydiyyatdan keçmək üçün sənədlərini artıq seçki komissiyasına təqdim edib.

O, xalqı qələbəyə, tərəqqiyə və firavanlığa doğru aparmaq istədiyi üçün namizədliyini irəli sürdüyünü bildirib.