Ukrayna ombudsmanı Lyudmila Denisovanın həbsdə olan eks-prezident Mixail Saakaşvilini ziyarət etmək istəyi Gürcüstan tərəfindən rədd edilib.

Unikal.org xarici KİV-ə  istinadən  xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

“Gürcüstan qanunvericiliyinə əsasən, Ukrayna ombudsmanının ölkə həbsxanasına səfər etməsi nəzərdə tutulmur”, - deyə Breqadze bildirib.

Qeyd edək ki, Denisova həbsxanada Saakaşviliyə baş çəkmək və Gürcüstanın keçmiş liderinin şəraiti ilə tanış olmaq üçün bazar ertəsi Tiflisə gəlib