Pakistanın Pəncab əyalətində qatar məktəb avtobusuna çırpılıb.

Unikal.org xəbər verir ki, qəza nəticəsində 3 şagird ölüb, 9 nəfər isə yaralanıb.
 
Bildirilib ki, Şeyxupura şəhərində Jaranvaldan Lahora gedən qatar məktəb avtobusuna çırpılıb. Qəzadan sonra hadisə yerinə təcili yardım və xilasetmə qrupları sövq edilib.

Xəstəxanaya çatdırılan yaralı tələbələrdən 3-nün vəziyyətinin ağır olduğu öyrənilib.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamaya görə, qəzanın baş verdiyi nöqtədə keçid olmadığı, məktəb avtobusunun nəzarətsiz şəkildə dəmir yoluna girdiyi bildirilib. Qəzadan sonra avtobus sürücüsünün hadisə yerindən qaçdığı məlum olub. 

Ağarza Elçinoğlu