Nigeriyanın Sokoto vilayətində silahlıların hücumu nəticəsində 15 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli mənbələrə istinadən yazıb.
Agentlik bildirib ki, hücumlar bazar günü gecədən bazar ertəsi səhərin erkən saatlarına qədər baş verib.
Niger ilə həmsərhəd olan İllela şəhərində 13 nəfər, əyalət paytaxtından 76 km şərqdə yerləşən Qoronyoda isə iki nəfər həlak olub.