Türkiyənin məşhur şairi, mütəfəkkir və filosofu Sezai Karakoç vəfat edib.

Unikal.org xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Sezai Karakoç 1933-cü ildə Türkiyənin Diyarbəkir vilayətinin Ergani rayonunda anadan olub. Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib.