Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı “Hayastan” bloku  bəyanat yayıb.

Unikal.org xəbər verir ki,  blok  Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını və yeni hökumətin qurulmasını bəyanatda qeyd edib.

“Nikol Paşinyan hökuməti itkilər,parçalanma və xaos gətirir. Vəziyyətin tam həlli bu orqanların getməsidir. Nikol Paşinyanın istefasından sonra bütün mümkün qüvvələrin birləşdirilməsi, yeni hökumətin formalaşdırılması, xarici və daxili məsələlərin həlli siyasətinin təmin edilməsi lazımdır”, - bəyanatda deyilir.

Gülayə  Mecid