Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin komandanı general-polkovnik Gennadi Jidko müdafiə nazirinin müavini, Baş Hərbi-Siyasi İdarənin rəisi vəzifəsinə təyin edilib.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu noyabrın 16-da videokonfrans zamanı çıxışında bildirib.
O, Jidkonun məruzəsini qəbul etdikdən sonra onu təbrik edib:
“Gennadi Valerieviç, burada çox işiniz var. Təbrik edirəm, Moskvaya qayıt. İşinizə müdafiə nazirinin müavini - Baş Hərbi-Siyasi İdarənin rəisi kimi başlayın”.
Qeyd edək ki, Şoyqunun ümumilikdə 11 müavini var.