Meksikada daha çox El Menço kimi tanınan yerli narkobaron Nemezio Oseqera Servantesin həyat yoldaşı Rozalinda Qonsales Valensiya həbs edilib.
Unikal.org-un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.
Məlumata görə, Rozalinda Qonsales Valensiya Xalisko ştatında mütəşəkkil cinayətkarlığın maliyyə strukturuna əhəmiyyətli zərbə çərçivəsində Xalisko şəhərinin Zapopan bələdiyyəsində saxlanılıb.
Qadın müxtəlif cinayətlərdə ittiham edilir. Qeyd edilir ki, sübutlar onun mütəşəkkil cinayətkar qrup tərəfindən qeyri-qanuni maliyyə əməliyyatında iştirakına dəlalət edir.
Keçmişdə polis əməkdaşı olmuş Oseqera “Sinaloa” karteli ilə yanaşı, Meksikanın ən güclü cinayətkar dəstəsi olan ultra-zorakı yeni nəsil “Xalosko” kartelinin (CJNG) lideridir.
ABŞ 2018-ci ildə onun barədə məlumat verən şəxsə 10 milyon dollar vəd edib.
“Xalisko” karteli külli miqdarda narkotik qaçaqmalçılığında da ittiham olunur.
Qonzales 2018-ci ilin mayında həbs edilib, lakin bir neçə ay sonra zaminə buraxılıb.