Polşanın sərhəddə yerləşdirdiyi 21 minlik ordu Belarusdan ölkəyə daxil olmaq istəyən miqrantlara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Unikal.org xəbər verir ki, hərbçilərin güc tətbiq etməsinə səbəb miqrantların sərhəddə hücumu olub.
Bildirilib ki, bir sərhədçi atılan alət nəticəsində ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Polşa polisi Belarus qüvvələrini mühacirlərə səs bombası verməkdə və onların atılmasının qarşısını ala bilməməkdə günahlandırıb.Digər tərəfdən, NATO-nun baş katibi Yens Stoltenberq bu gün verdiyi açıqlamada Belarus lideri Aleksandr Lukaşenkoya reaksiya verib. O, Lukaşenkonu miqrantların həyatlarını təhlükəyə atmaqda günahlandırıb.
Onu da deyək ki, Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəlib. Yeni sanksiyaların təfərrüfatlarına yaxın günlərdə aydınlıq gələcək.
Ağarza Elçinoğlu