Malayziya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb, 1 hərbçi ölüb, digəri yaralanıb.

Unikal.org xəbər verir ki, ölkənin müdafiə naziri Hişamuddin Hüseynin "Twitter"də paylaşdığı açıqlamada, HHQ-nin hadisə ilə bağlı araşdırma apardığı, bununla bağlı ətraflı hesabat təqdim ediləcəyi qeyd olunub.

"Hawk 108" markalı hərbi təyyarə Hərbi Hava Qüvvələrinin Penanq ştatındakı bazasının ərazisində qəzaya uğrayıb.