
«Facebook» sosial şəbəkəsinin rəhbərliyi yanvarda şirkətin serverlərinə edilmiş kiberhücum barədə məlumat yayıb.
«BBC»nin məlumatına görə, hücum nəticəsində istifadəçilərin məlumatlarının oğurlanması faktları aşkarlanmayıb.
«Facebook»-dan bildirilib ki, sosial şəbəkə ən yeni vasitələrdən istifadə olunmuş kiberhücumun hədəfi olub. Zərərli proqram şəbəkənin veb-saytına mobil qurğudan keçib.
«Biz bütün yoluxmuş kompüterləri təmizləmişik, hüquq-mühafizə orqanlarına məlumat vermişik və geniş təhqiqata başlamışıq»- deyə, «Facebook»-un bəyanatında vurğulanıb.
Bir müddət öncə «Twitter» 250 min «akkaunt»unun oğurlandığını etiraf etmişdi.
ABŞ-da çıxan bir sıra qəzetlər, o cümlədən «New York Times» -da oxşar hücumlardan zərər çəkdiyini bildiriblər. Onlar Çindən olan hakerlərdən şübhələnirlər.