Ermənistanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 982 yeni yoluxma faktı qeydə alınıb.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19-a yoluxanların ümumi sayı 330 895 nəfərə yüksəlib. Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 55 nəfər ölüb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1394 nəfərdir. Aktiv xəstələrin sayı 23 856 nəfər təşkil edir.