Yaponiya istehsalı olan "Fuqaku" superkompüteri saniyədə 440 katrilyon əməliyyatdan çox emal sürəti ilə növbəti dəfə dünyanın ən sürətli kompüteri seçilib.
Unikal.org xəbər verir ki, "Top Performance LinPack"ın siyahısında "Fuqaku"nun birinci yerin sahibi olduğu açılanıb.
442,010 teraflops sürəti ilə "Fuqaku" ən yaxın rəqibi "Summit"dən 3 dəfə daha çox hesablama və ən sürətli əməliyyatlarla liderlik edir.