İstanbulun Küçükçekmece ərazisində dəhşətli ailə faciəsi baş verib.
"Unikal" xəbər verir ki, 20 yaşlı Yusuf Çağrı Ekici ana və atasını silahla vurub. İnsident nəticəsində ata və ana yerindəcə keçinib. Gənc oğlan valideynlərini öldürdükdən sonra zəhər içib.
Silah səslərindən sonra əraziyə polis cəlb olunub. Polis əməkdaşları evdə 3 cəsəd aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, gənc oğlan hadisə günü saat 21:47-də sosial şəbəkə hesabından cinayət törədəcəyini və intihar edəcəyini yazıbmış.
Faktla bağlı cinayət işi açılıb.