Haiti prezidentinə sui-qəsd istintaqında qırmızı bülletenlə axtarılan şəxs İstanbulda tutulub.
"Unikal" xəbər verir ki, Haiti prezidenti Jovenel Moisenin öldürülməsi ilə bağlı aparılan istintaqda qırmızı bülletenlə axtarışa verilən Samir Handan ABŞ-dan İordaniyaya gedərkən İstanbulda yaxalanıb.
Sui-qəsdçi təyyarədə olarkən içəri girən İnterpol polisi adıçəkilən prezidenti öldürənlərin səbəbkarları arasında olan Samir Handalı dərhal təyyarədə saxlayıb.
Qeyd edək ki, Haiti prezidenti 53 yaşlı Moise iyulun 7-də evinə silahlı şəxslərin hücumu nəticəsində öldürülüb, həyat yoldaşı Martine Moise isə yaralanmışdı.
Ağarza Elçinoğlu