Rusiya ilk dəfə pilotsuz hücum helikopterini sınaqdan keçirib.
"Unikal" xəbər verir ki, “Termit” adlı helikopterdən atılan raket 6 kilometr məsafədəki hədəfi vurub. Məlumata görə, helikopterlər Kalaşnikov şirkətinin hazırladığı S-8L raketləri ilə təchiz ediləcək. Raketlər idarə oluna bilir.
Helikopterin nə vaxt ordunun istifadəsinə veriləcəyi hələlik məlum deyil.