Xaçmazda 57 yaşlı qadın dəm qazından ölüb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yergüc kəndində qeydə alınıb.
Kənd sakini, 1964-cü il təvəllüdlü Həmidova Nəsibə Vəzirxan qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.