Mingəçevirdə mübahisə 2 nəfərin bıçaqlanması ilə nəticələnib.
"Unikal"-ın məlumatına görə, hadisə şəhərin Dilarə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Fərid Əliyev və 1986-cı il təvəllüdlü Akif Qəniyev mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. A. Qəniyev şəxsi avtomobili ilə özünü tibb müəssisəsinə çatdırıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
E. Muradlı