Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu Bakıdan İrəvana aparan təyyarə yerə enib.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Sayt yazır ki, Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.
xxx
20:17
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçub.
"Unikal" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində sərhəddə toqquşmalar nəticəsində ölən erməni hərbçilərin cəsədləri var.
Bildirilib ki, təyyarədə heç bir əsir yoxdur.
Mənbənin sözlərinə görə, Muradov tərəflər arasında silahlı insidentlərin qarşısının alınması mexanizminin hazırlanması üçün də danışıqlar aparacaq.
Ağarza Elçinoğlu