Bu gün gecə saatlarında Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Unikal"a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Rüstəmov Orxan Əvəz oğlunun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili körpü üzərində qəzaya uğrayıb.

Qəza nəticəsində vətəndaş içərisində olmaqla avtomobil körpüdən asılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.