Moskvanın Basman Rayon Məhkəməsi yetkinlik yaşına çatmayanlar arasında “qeyri-ənənəvi cinsi əlaqəni” təbliğ etdiyinə görə Rusiyanın “Muz-TV” telekanalını 1 milyon rubl məbləğində cərimələyib.
"Unikal" xəbər verir ki, buna səbəb kanalda mükafatlandırma mərasimi zamanı Rusiyanın Xalq artisti Filipp Kirkorov və əslən erməni olan rusiyalı bloqer Davanın (David Manukyan) cütlük kimi, TikTokçu Danya Miloxinin isə qadın geyimində efirə çıxması olub.
Eyni zamanda “Muz-TV”nin baş redaktoru Andrey Razıqrayevi də 100 min rubl məbləğində cərimələyib.